1. Home
  2. »
  3. HAQQIMIZDA

CIPS Certification By National Association of realtor

HAQQIMIZDA

Green Home Construction

Hər bir müştəri özünəməxsus ehtiyaclara, zövqə malik olduğu üçün Green Home Construction şirkəti olaraq, sizin üçün fikirlərinizi anlaya bilən və xəyallarınızı gerçəkləşdirmək üçün ən yaxşı və ən yenilikçi bir komandaya sahibik.

Green Home Construction hər addımda sizi heyran edə bilən və hər bir müştərinin məmnuniyyətini qazanmağa çalışan sonsuz fikirlərə malikdir.

Fəaliyyət dövrümüzdə xidmətlərimizi müştəri məmnuniyyətini əsas tutaraq yüksək keyfiyyət əsasında, dövrünün standartlarına və trendlərinə cavab verərək həyata keçirmişik. Komandamız şəhərimizdə adı və görünüşü ilə şəhərimizə gözəllik qatan tanınmış tikililərə və fəaliyyəti ilə öndə olan şirkətlərin sifarişi əsasında ərsəyə gətirilmiş tikinti və təmir xidmətlərinə öz imzasını atmışdır.

İllik təcrübə

0 +

Məmnun müştəri

0 +

Tez-tez verilən suallar

Ən aktual 10 sual və onlara verilən cavablar.

Biz, tikinti layihələrimizə qanunvericiliyə uyğun olaraq, müqavilədə göstərilən müddətlərə əsasən 50 ildən artıq zəmanət veririk. Məqsədimiz, işimizin nəticəsi ilə tam məmnunluğunuzu təmin etmək və öz evinizi əldə etməyinizdə, ipoteka ilə dəstək verməkdir.

“Bəli, tamamlanmış layihələrimizin nümunələrini və müştərilərimizin rəylərini saytımızda təqdim edirik. Xidmətlərimizin keyfiyyətinə əmin olmaq üçün əlavə iş nümunələri də tələb edə bilərsiniz. Həmçinin, tamamlanmış obyektlərə və tikinti mərhələsində olan obyektlərə ekskursiyalar təklif edirik.”

“Xidmətlərimizin qiymətləri layihənin növündən və həcmi ilə bağlı dəyişə bilər. Hər bir müştərinin tələblərini qarşılamaq üçün şəffaf qiymət təklifləri və çevik ödəniş şərtləri təqdim edirik. Daha ətraflı məlumat üçün, zəhmət olmasa, bizimlə əlaqə saxlayın.”

Layihələrin icra müddətləri onların mürəkkəbliyi və miqyasından asılıdır. Biz həmişə sizinlə realist müddətləri razılaşdırmağa və onlara riayət etməyə çalışırıq. Müqaviləyə əsasən tikinti müddəti 5-6 aydır, lakin biz ortalama 3-4 aya tamamlayırıq. Xidmətlərimiz ilkin ödənişsiz kampaniyalar da daxil olmaqla, öz evinizə sahib olma arzunuzu daha əlçatan etmək üçün nəzərdə tutulmuşdur.

“Biz aşağıdakı tikinti xidmətlərinin tam spektrini təqdim edirik:

– Ev tikintisi
– Ticarət obyektləri (ofislər, mağazalar)
– Təmir və rekonstruksiya
– Açar təhvil tikintisi
– Layihələndirmə və konsultasiyalar, o cümlədən sizin üçün fərdi layihələndirmə.”

“Biz, Azərbaycan Respublikasında, o cümlədən Bakı və ətraf bölgələrdə tikinti xidmətləri təqdim edirik. Bizim coğrafi xidmət sahəmiz konkret layihə və torpaq seçiminə görə dəyişə bilər. Həmçinin, tamamlanmış və tikinti mərhələsində olan obyektlərə ekskursiyalar da təklif edirik.”

“Greenhome Construction şirkəti Azərbaycan Respublikasında tikinti bazarında artıq 5 ildən çoxdur fəaliyyət göstərir. Bu müddət ərzində biz müxtəlif miqyas və mürəkkəblikdə bir çox layihələri uğurla tamamlamışıq. Mütəxəssislər komandamız fərdi layihələndirmə və sizin üçün hazır layihələr sahəsində zəngin təcrübəyə və peşəkar bacarıqlara malikdir.”

“Biz, Greenhome Construction şirkəti, Azərbaycan Respublikasında müxtəlif tikinti xidmətlərinə ixtisaslaşmışıq. Bu, kənd evlərinin tikintisi, ticarət obyektləri, təmir və rekonstruksiya, eləcə də açar təhvil tikintisini əhatə edir. Təcrübəli peşəkarlar komandamız, kərpicdən, keramzit-beton, gazobeton və keramik blokdan evlər daxil olmaqla, hər hansı bir tikinti layihəsinin keyfiyyətlə yerinə yetirilməsini təmin edəcəkdir.”

“Bəli, Öz texniki nəzarətçinizi istifadə edə bilərsiniz. Ancaq sizin texniki nəzarətçiniz evin layihələndirilməsi və tikintisi zamanı da iştirak etməlidir. Bu, müəyyən məqamlarda mübahisələrin qarşısını almaq üçün lazımdır.”

“Tələblər bankdan və ölkədən asılı olaraq dəyişə bilər, amma adətən aşağıdakı aspektləri əhatə edir:

– Ödəmə qabiliyyəti (gəlirlər və kredit tarixçəsi)
– İlkin ödəniş (mövcud olduqda öz payınız)
– Stabil iş yeri
– Kreditin müddəti
– Kredit faizi”